Accessibility links

Milli Məclis 2016-cı ilin dövlət büdcəsini təsdiq edib


Milli Məclis
Milli Məclis

Dövlət büdcəsinin gəlirləri 14,56 milyard, xərcləri 16,26 milyard manat olacaq

Oktyabrın 20-də Milli Məclis 2016-c ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrini qəbul edib.

Büdcə zərfinə “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” qanunu, Milli Məclisin və Hesablama Palatasının 2016-cı il üçün xərclər smetaları daxildir.

Maliyyə naziri Samir Şərifov deputatların təklifləri ilə bağlıı münasibət bildirib.

"Millət vəkillərinin qaçqın və məcburi köçkünlərin məskunlaşması, mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı təklifləri nəzərə alınıb və bu məbləğ 50% artırılaraq 150 milyon manata çatdırılıb.

Qeyd olunan artım Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) xərclərinin 50 milyon manat artımı hesabına baş verəcək. İcmal büdcənin xərclərinin yuxarı həddi 19,956 milyard manata çatdırılıb. ARDNF-nin gəliri nəzərə alınmadan icmal büdcənin kəsiri 9,948 milyard manat təşkil edəcək.

Dəyişikliklərdən biri aylıq gəlirləri 250 manatı keçənlərin gəlir vergisi üzrə tətbiq olunan güzəştdən kənarda qalması ilə bağlı idi ki, həmin güzəşt tətbiq olan yuxarı həddin 2500 manata artırılması 500 mindən çox adamı əhatə edəcək və həmin şəxslərin aylıq gəlirlərinin 3-9 % çərçivəsində artmasına səbəb olacaq", nazir qeyd edib.

2016-cı ilin dövlət büdcəsinin gəlirləri 14,56 milyard manat və ya cari ildəkindən 25,1% az olacaq. Xərclər isə 2015-ci illə müqayisədə 22,9% azalaraq 16,26 milyard manat olacaq.

Neft Fondundan transfetlər 42,2% azalacaq və cəmi 6 milyard manat təşkil edəcək.

Gələn il neftin 1 barreli 50 dollardan hesablanacaq.

XS
SM
MD
LG