Accessibility links

Peace for LGBTQ: Bizi qəbul etmək istəmirsiz, amma biz varıq [Video]


Peace for LGBTQ: Bizi qəbul etmək istəmirsiz, amma biz varıq
please wait

No media source currently available

0:00 0:06:46 0:00

LGBTQ təşkilatı fotosessiya təqdim edib

Oktyabrın 30-da Azərbaycanda fəaliyyət göstərən Peace for LGBTQ təşkilatı hazırladığı fototsessiya ilə bağlı mətbuat konfransı keçirib.http://plgbt.org/

"Z-53" adlandırılan fotosessiyadakı fotolarda Azərbaycanda LGBTQ təşkilatına daxil olan insanlar dini, mill və hüquqi müstəvidə təqdim edilib. Fotolar Milli Məclisin (parlament), məscidin və Flame Towers mərkəzinin fonunda çəkilib.

Peace for LGBTQ təşkilatının rəhbəri Gülarə Əzimzadə bildirib ki, fotosessiyanı Z-53 adlandırmaqla insanlarda şok effekti yaratmaq istəyiblər ki, bununla maraqlansınlar.

Gülarə Əzimzadənin sözlərinə görə, LGBTQ nümayəndələri arasında allaha çox inanan, dindar olan insanlar var.

“Bu inancı heç kim onların əlindən ala bilməz. Bizdə sosial şəbəkələrdə onları lənətləyirlər. Bu səbəbdən biz fotolarımızı dini, hüquqi və milli kontekstdə təqdim etdik. Fotolar fotoşop deyil, həqiqətdir”, o, məscidin önündə çəkilmiş fotonu nümayiş etdirib.

LGBTQ təşkilatının rəhbəri bildirib ki, cəmiyyət qəbul etməsə də LGBTQ-çilər var.

“Mesajımız budur ki, biz varıq. Bizim deməyə sözümüz var. Bizim ifadə azadlığımız var və bundan istifadə edirik. Sadəcə, bu fotolar homofob cəmiyyətə illərlə yığılmış dözülməz diksriminasiyaya qarşı bir mesaj, üsyandır. İllərdir siz bizi görməzdən gəlirsiz, qəbul etmək istəmirsiz amma biz varıq. Biz öz təbiətimizi danmırıq, öz varlığımızdan utanmırıq baxmayaraq ki, illərlə bizə bunu aşılamağa, bizi alçatmaga, kompleks yaratmağa, utanmaga, özümüzü inkar etməyə vadar etmisiz. Bu fərqliliyi qəbul etməlisiniz. Bizə bu haqqı siz verməmisiz ki, əlimizdın də alasiz. Hamını eyniləşdirməyə, eyni bir həndəsi fiqura çevirməyə zorlandırmayın.”

Əgər cəmiyyət onların günah etdiyini deyirsə də belə Allah bağışlayandır", Əzimzadə qeyd edib.

Psixoterapevt Elmir Əkbər bildirib ki, bu insanlar haqqında kəskin fikirlər söyləmək yersizdir.

“İnsanları dialoqa səsləmək lazımdır. Seçkiyə bir neçə gün qalmış parlamentin qarşısında fotosessiya təqdim etmələri onların seçki hüququnun tanınmasına işarədir. Yaxşı olardı ki, deputat seçilmiş insanlar onlar haqqında parlamentdə firkirlər səsləndirərdilər, necə ki, inkişaf etmiş ölkələrdə səsləndirirlər ki, müxtəlif sosial təbəqələrin problemlərini həll edəcəklər. Yaxşı olardı ki, deputatlığa namizədlər səsləndirərdi ki, müxtəlif təbəqədən olan insanların, o cümlədən də bu insanların problemini həll edəcəklər. Burada sağlam dialoqa ehtiyac var. Məşhur insanların kampaniyaya qatılmasına da ehtiyac duyulur. Yadınızdadırsa Avropada insanlar hicablı qadınların müdafiəsi üşün hicab taxmışdılar”, Əkbər qeyd edib.

Gülarə Əzimzadə 2011-ci ildə Free LGBT Azerbaijan təşkilatının əsasını qoyaraq həmsədri olub.Peace for LGBTQ təşkilatı isə 2013-cü ildə təsis edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG