Accessibility links

ABŞ-ın Bakıdakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirir


ABŞ-ın Azərbaycandakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirir

ABŞ-ın Azərbaycandakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirir

Noyabr 13-də saat 11:00-də ABŞ-ın Azərbaycandakı səfirliyi işlənmiş avtomobillərin satışı məqsədi ilə auksion keçirəcək.

Bu haqda səfirliyin Facebook səhifəsində məlumat yayılıb.

Auksionda 9 avtomobil satışa çıxarılacaq. Satış üçün ilkin məbləğ 500 ABŞ dolları müəyyən edilib.

Avtomobillərə baxış həmin gün saat 9:00-dan 11:00-a qədər mümkün olacaq. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir.

Auksion Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında (Topçubaşov adına eksperimental cərrahiyyə xəstəxanasının, Tusi adına klinika və Biznes universitetinin yanı) təşkil olunacaq.

XS
SM
MD
LG