Accessibility links

Azərbaycanda qadın sahibkarlığının inkişafı müzakirə edilib


Ölkədə Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur

Azərbaycanda Qlobal Sahibkarlıq Həftəsi qeyd olunur. Noyabrın 17-də Bakı Biznes Mərkəzində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda qadın sahibkarlığının inkişafı” adlı konfrans keçirilib.

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə təşkil olunmuş tədbirdə dövlət qurumlarının, ictimai birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin, beyin mərkəzlərinin və universitetlərin nümayəndələri iştirak edib.

Konfransda Azərbaycanda iqtisadiyyatın diversifikasiyası üçün kiçik sahibkarlığın, o cümlədən qadın sahibkarlığının genişləndirilməsinin vacibliyi qeyd edilib.

ABŞ səfiri Robert Sekuta deyib ki, ABŞ Azərbaycanda qadınların iqtisadi imkanlarının artırılması sahəsində çalışır. Sahibkarlarlıq iqtisadi səlahiyyətlərin və iştirakçılığın artırılması üçün mühüm imkanlar yaradır.

“Biz sahibkarlığın inkişafının sürətləndirilməsi üçün Azərbaycan hökumətrinin atdığı addımları alqışlayırıq. ABŞ hökuməti islahatların davamlı və səmərəli olması üçün Azərbaycanla tərəfdaşlıq etməyə hazırdır”, o qeyd edib.

Səfirin fikrincə, ölkədəki mühit, xüsusilə qanunvericilik mühiti sahibkarlığın inklişaflına dəstək olmalıdır. “İslahatlar davamlı olmalıdır”, Sekuta qeyd edib.

USAID tərəfindən dəstəklənən “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsini həyata keçirən ictimai birliklər konsorsiumu (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Xalça Dünya Assosiasiyası, Gələcəyə Körpü Gənclər təşkilatı) bu məsələlər üzrə konkret təkliflər və tövsiyələr paketi hazırlayıb.

“Bizim konsorsium iqtisadi islahatlar və sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan prezidentinə 2 təkliflər paketi təqdim edib. Üçüncü təkliflər paketini isə bu günlərdə təqdim edəcəyik. Təkliflər paketimiz hökumət tərəfindən öyrənilir və nəzərə alınır”, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov qeyd edib.

Onun fikrincə, oktyabr-noyabr aylarında prezident Əliyevin imzaladığı sənədlər ölkədə biznesin inkişafına mühüm təkan verəcək.

Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, dünya bazarında neftin qiymətinin kəskin enməsi ölkədə qeyri-neft sektorunun inkişafına diqqəti artırıb. Bu baxımdan kiçik və orta sahibkarlığın inkişafı mühüm əhəmiyyət kəsb edir.

“Kiçik və orta sahibkarlığın inkişafında qadın sahibkarlığı da əhəmiyyətlidir. Qadın sahibkarlığının inkişafı məsələləri parlamentin də diqqətindədir. Onların parlamentdə müdafiəsi daha da önə çəkiləcək. Yeni seçilmiş parlamentdə 23 qadın deputat olacaq”, Əhmədov qeyd edib.

Dünya Bankının Azərvbaycan üzrə ölkə meneceri Larisa Leşçenki ötən əsrin əvvəllərində tanınmış Azərbaycan neft sahibkarı Hacı Zeynalabdin Tağıyevin sözlərinə istinad edərək qadın sahibkarlığının inkişafını önə çəkib.

“Hacı Zeynalabdin Tağıyev deyib ki, kişinin təhsil alması onun özünün təhsilli olması deməkdir. Qadının təhsilli olması isə ailənin, millətin təhsilli olmasıdır. Bu baxımdan sahibkarlığın inkişafı üçün təhsil mühüm rol oynayır. Tədqiqatlar göstəriri ki, qadınların rəhbərlik etdiyi təşkilatların gəlirlləri daha çox olur. Həm də qadınlar rəhbər olanda daha çox qadını işə cəlb edir”, o qeyd edib.

Dünya Bankının tədqiqatları göstərir ki, Azərbaycanda qadınların sahibkarlığa daha çox cəlb edilməsi ümumdaxili məhsulun inkişafı baxımından daha əhəmiyyətli olar.

Larisa Leşçenko deyib ki, qadın sahibkarlığının inkişafına ilkin və məktəbəqədər təhsil müəssisələrinin inkişafı da təkan verir. “Ailədə uşaq varsa bütün diqqət ona yönəlir”, o, fikrini izah edib.

Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı ofisinin rəhəbri Neli MakKeynə görə qadınların kreditdən istifadə etməsini genişləndirmək lazımdır.

“Banklar fiziki olaraq dəyişməlidir. Banklarda kredit alan qadınların qarşılanması əhəmiyyətli deyil. Halbuki xırda və orta maliyyə sahələrindəki tədqiqatlar göstərir ki, qadınlar götürdükləri kreditləri vaxtında qaytarır”, o qeyd edib.

Qlobal Sahibkarlıq Həftəsi 2008-ci ildə təsis edilib və artıq dünyanın 160 olkəsini əhatə edir. Builki Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində dünyanın müxtəlif ölkələrində 30 000 tədbir keçirilir və bu tədbirlərdə on milyon insan iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG