Accessibility links

Xəzərdə batdıqları güman edilən iki balıqçı axtarılır


Xəzərdə batdıqları güman edilən iki balıqçının axtarışına başlayıb.

Xəzərdə batdıqları güman edilən iki balıqçının axtarışına başlayıb.

Dekabrın 22-də Fövqəladə Hallar Nazirliyi Xəzərdə batdıqları güman edilən iki balıqçının axtarışına başlayıb.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dekabrın 21-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindən balıq tutmaq məqsədiylə dənizə çıxan və batdıqları ehtimal olunan 2 nəfərin axtarışına başlanılıb.

Axtarışlara nazirliyin Aviasiya Dəstəsinin bir helikopteri və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Nazirlik əlavə məlumatın veriləcəyini deyir. Daxili İşlər Nazirliyi qayığın aşması nəticəsində suya düşən balıqçıların Sumqayıt sakini Mustafa Quliyev, Kotec qəsəbə sakini Bəndəli Əliyev və Şabran rayon sakini Salamat Qasımov olduğunu bildirir.

XS
SM
MD
LG