Accessibility links

İtkin neftçilərin ailə üzvləri axtarışa cəlb olunacaq


“Günəşli” yatağındakı axtarışlar davam edir
“Günəşli” yatağındakı axtarışlar davam edir

Bu haqda Dövlət Neft Şirkətinin mətbuat xidməti məlumat verib

İtkin düşən neftçilərin yaxınları dekabrın 29-da onların axtarışında iştirak edə biləcəklər. Axtarışlar vertolyotla aparılacaq.

Bu haqda Dövlət Neft Şirkətinin mətbuat xidməti məlumat verib.

Məlumata görə, itkin düşən neftçilərin ailə üzvlərinin istəyi nəzərə alınaraq, dekabrın 29-da itkin düşənlərin hərəsinin 1 (bir) nəfər ailə üzvü axtarış briqadası ilə birlikdə bu işlərə cəlb olunacaq.

Dekabrın 4-də "Günəşli" yatağında qəza zamanı 8 nəfər ölüb, 20-dən artıq neftçi itkin düşüb. Bundan başqa, fırtına "Neft Daşları"nda 3 nəfəri olduğu köşklə birgə dənizə atıb.

İtkin düşmüş neftçilərdən birinin cəsədi şənbə günü Türkmənistan sahillərindən 60 kilometr aralıda tapılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, cəsəd Türkmənistana məxsus gəmilərdən biri tərəfindən tapılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG