Accessibility links

Qubad İbadoğlu: Bu təkliflər "parnik banklar"ı da böhranlı vəziyyətdən çıxara bilər


Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Qubad İbadoğlu (Foto Qubad İbadoğlunun Facebook səhifəsindən götürülüb)

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisad elmləri dokoru Qubad İbadoğlu devalvasiya nəticəsində yaranan problemli kredit borclaır ilə bağlı təkliflərlə çıxış edib

Qubad İbadoğlunun Facebook səhifəsindəı yaydığı təklifləri təqdim edirik:

Sonuncu devalvasiyadan sonra banklara və qeyri-bank kredit təşkilatlarına valyuta ilə, əsasən dollarla kredit borcu olanlar çıxılmaz vəziyyətə düşüb. Bəzi borcalanlar problemini həll etmək üçün yenidən banklara üz tutur və digər banklar qarşısındakı öhdəliklərini başqa banklardan götürdükləri yeni kreditlər hesabına həll etməyə çalışırlar. Əslində ödəmə qabliyyəti pis olanlara və ya olmayanlara banklar tərəfindən təkrar kredit verilməsi problemin müvəqqəti həllinə xidmət edir və nəticəni dəyişmir. Odur ki, xarici valyuta ilə, əsasən də dollarla olan kreditlərin geri qaytarılmasında yaradılmış problemin həlli üçün aşağıdakı təklifləri təqdim edirəm.

- 1 yanvar 2015-ci ildən başlayaraq dollarla və digər xarici valyuta ilə olan kreditlər yalnız valyuta gəlirləri olan müəssisə və təşkilatlara onların maliyyə fəaliyyətinin nəticələrini əsk etdirən hesabatları əsasında, il və ya rüb ərzində qazandığı valyuta gəlirlərinə müvafiq məbləğdə verilsin.

- 1 yanvar 2015-ci ildən Mərkəzi Bank nəzdində "Şübhəli və ümidsiz borclar üzrə Agentlik" yaradılsın. Bu agentlik kommersiya bankların və qeyri-bank kredit təşkilatlarının məzənnə fərqindən yaranmış xərclərini örtmək üçün vəsaitlə təmin edilsin. Banklar gələn ildən başlayaraq valyuta ilə olan kreditlər üzrə müştərilərlə hesablamaşmalar aparan zaman kreditin ayrılma tarixi ilə borcun ödənilməsi tarixi arasında yaranmış məzənnə fərqini ayrıca xərc maddəsi kimi hesablayaraq onun ödənilməsi üçün Mərkəzi Bankın müvafiq agentliyinə müraciət etsinlər. Mərkəzi Bankın müvafiq Agentliyi də öz növbəsində müraciətin əsaslı olmasını yoxladıqdan sonra xüsusi resursları hesabına həmin xərcin maliiyyələşdirilməsi üçün xətt açsınlar.

- Parlament yaz sesiyasında "Fiziki şəxslərin (vətəndaşların) müsflişməsi" haqqında ayrıca qanun qəbul etsin. Mövcud qanunvericilikdə işlədilən «borclu» anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aid edilsə də bu qanun fiziki şəxslərə (vətəndaşlara) özlərini müflis elan edib onu rəsmişədirmək hüququ vermir. Təklif edirəm ki, fiziki şəxslərə (vətəndaşlara) da belə bir hüquq şamil olunsun və borcu olan, onu qaytarmaq qabliyyətinə malik olmayan fiziki şəxslər özlərini müflis edib, ərizəsini və müvafiq sənərlərini məhkəməyə təqdim etsinlər. Məhkəmələrdə fiziki şəxslərin borclarının yenidən struktirlaşması planı və onların ödəmə qabliyyətinin vəziyyəti əsasında, dəbbə pulları (cərimə, penya) saxlanılmaqla onlara 3 ilədən 5 ilədək kredit tətilləri verillsin. Beləliklə də məhkəmlərin qərarı ilə müflis hesab edilən vətəndaşlar borc aldıqları banklara müraciət edə və öhdəliklərinin müəyyən dövrdə dayandırılmasına nail ola bilər. Bu zaman fərdin borclarının yenidən strukturlaşması planının hazırlanması və məhkəmə prosedurları üzrə yarannmış xərclərin dövlət tərəfindən qarşılanması problemin həllinə töhfə olardı.

Bütün bu təklifin reallaşması "parnik banklar"ı da düşdüyü böhranlı vəziyyətdən çıxara və vətəndaşlarla banklar arasında yaranmış münasibətlərin gərgunliyini və eyni zamanda gələcəkdə belə halların baş verməsi ehtimalını azalda bilər.

Show comments

XS
SM
MD
LG