Accessibility links

Yanacaqdoldurma məntəqəsini partlatmaq istəyən şəxs tutulub


Həbs
Həbs

Goranboy rayonunda (Bakıdan 313 kilometr qərb) yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə Goranboy rayonunun Goran qəsəbəsində olub.

Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə “VAZ-2107” markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib.

Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib.

Goranboy rayon Polis Şöbəsinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.

XS
SM
MD
LG