Accessibility links

Səhiyyə Nazirliyi: Naxçıvanda “donuz” qripi faktı qeydə alınmayıb


Səhiyyə Nazirliyi (Foto by : report.az)

Səhiyyə Nazirliyi (Foto by : report.az)

Naxçıvan Muxtar Respublikasında “donuz” qripinə yoluxma faktı qeydə alınmayıb.

Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktoru Rakif Abdullayev bildirib ki, indiyədək aparılan analizlərin nəticələrinə görə, Azərbaycanda “donuz qripi” virusu aşkarlanmayıb.

“Ümumiyyətlə, bizə mövsümi qriplə bağlı analizlər həmişə daxil olur. Xəstəxanalardan bizə daxil olan nümunələr yoxlanılır və virusun olub-olmamasının cavabı deyilir. Amma “donuz qripi” ilə bağlı heç bir müsbət hadisə olmayıb, cavabların hamısı mənfi olub, yəni heç bir virus aşkarlanmayıb”.

Xatırladaq ki, Türkiyə mediasında Naxçıvanda "donuz qripi" virusuna yoluxma barədə məlumatlar dərc olunub.

XS
SM
MD
LG