Accessibility links

Mərkəzi Bank: 7 banka 113 mln. dollar satılıb


Mərkəzi Bank

Yanvarın 28-də Azərbaycan Mərkəzi Bankı hərrac yolu ilə 7 banka 113,260 milyon ABŞ dolları satıb.

Mərkəzi Bankın mətbuat xidmətinin məlumatına görə, bu gün hərraca 200 milyon ABŞ dolları çıxarılıb.

Son iki gündə kommersiya banklarının dollara tələbatı artmaqda davam edir. Belə ki, yanvarın 26-da hərracda iştirak edən 19 bank 39,370 mln, yanvarın 27-də isə 18 bank 67,161 mln ABŞ dolları almışdı.

XS
SM
MD
LG