Accessibility links

Akademik Fəxri Xiyabanda dəfn olunacaq

Akademik Cəlal Əliyev yanvarın 31-də 88 yaşında vəfat edib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Akademiklə vida mərasimi isə AMEA-nın "Dairəvi zalı"nda saat 14.00-da başlayacaq və o, 1-ci Fəxri Xiyabanda dəfn olunacaq.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvanda anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib. Azərbaycan MEA-nın Rəyasət Heyətinin və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü olub. 2014-cü ildə Kənd təsərrüfatı sahəsində tədqiqatları və nailiyyətlərinə görə Cəlal Əliyev Həsən bəy Zərdabi adına mükafatla təltif olunub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

«İstiqlal» ordeni ilə təltif edilib.

XS
SM
MD
LG