Accessibility links

İran vətəndaşlarından narkotik və avtomat silah götürülüb


İran vətəndaşlarından narkotik və avtomat silah götürülüb

İran vətəndaşlarından narkotik və avtomat silah götürülüb

Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi Cəlilabad rayonunun (Bakıdan 211 kilometr cənub) Cəfərli kəndi ərazisində İran vətəndaşları - əvvəllər məhkum olunmuş Fərhəngi Mərəhmədi və Rəhim Fərəcini, həmçinin rayon sakini Cabir Kazımovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, saxlanma zamanı İran vətəndaşları silahlı müqavimət gəstərməyə cəhd etsələr də, polis əməkdaşlarının çevikliyi sayəsində zərərsizləşdiriliblər.

Üzərilərinə baxış zamanı onlara məxsus çantadan 5 kiloqram narkotik vasitə olan heroin, “Kalaşnikov” markalı avtomat və ona aid 28 ədəd patron, içərisində 5 ədəd patron olan “Torun” markalı ov tüfəngi, gecəgörmə cihazı və digər xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı Fərhəngi Mərəhməd və Rəhim Fərəci narkotik maddələri Cabir Kazımova satmaq niyyəti ilə gətirdiklərini bildiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq aparılır.

XS
SM
MD
LG