Accessibility links

Azərbaycan vətəndaşı Ermənistana keçib


 Azərbaycan vətəndaşı Ermənistana keçib
Azərbaycan vətəndaşı Ermənistana keçib

Ermənistan tərəfi Zöhrə Vəliyeva adlı Azərbaycan vətəndaşını saxladığını bildirib

Azərbaycan vətəndaşı Ermənistana keçib.

Bu barədə Armeniya Today saytı Ermənistanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla İş üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri Armen Kaprielyana istinadən bildirir ki, Ermənistana keçən qadın Azərbaycanın Tovuz rayonunun, Yanıqlı kənd sakini Zöhrə Vartsar qızı Vəliyevadır.

O, iyunun 7-də Ermənistan tərəfə keçib.

“Vəliyeva Ermənistana Mehrab istiqamətindən keçib. Hazırda onun sərhədi hansı şəritdə keçməsi ilə bağlı dəqiqləşdirmə aparılır”, işçi qrupun rəhbəri bildirib.

İşçi qrupunun rəhbəri Z. Vəliyeva ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin Yerevan nümayəndəliyinə məlumat verildiyini bildirib.

Azərbaycan tərəfi, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası hələ Zöhrə Vəliyeva adlı vətəndaşın Ermənistan tərəfə keçməsi ilə bağlı rəsmi məlumat yaymayıb.

Öz növbəsində, Tovuz rayonu Yanıqlı kənd sakinləri kəndlərinin Zöhrə Vəliyeva adlı sakinin olmadığını bildirib. Kənd sakinlərinin sözlərinə görə, həmin qadın yerli camaat arasında Telli adı ilə tanınıb və daimi yaşayış yerinin hara olduğunu bilmirlər.

“Bu qadın yerli camaat arasında falabaxan və bir az da əqli cəhətdən çatışmazlığı olan adam kimi tanınıb. Onun iyunun 6-da avtobusla Gədəbəy istqamətində getdiyini deyirlər”, sakinlərdən biri telefonla Amerikanın Səsinə bildirib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA agentliyinə bildirib ki, Ermənistan hakimiyyət orqanları 7 iyunda beynəlxalq sərhədi keçən şəxs haqqında Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) məlumatlandırıb.
O, qeyd edib ki, hazırda bununla bağlı təmsil etdiyi qurum mandatına uyğun olaraq, bu məsələni izləyir və aidiyyəti orqanlarla əlaqə saxlayır.

Xatırladaq ki, Azərbaycan vətəndaşının hansı şəraitdə və hansı səbəbdən Ermənistana keçməsi ilə bağlı məlumat verilmir.

XS
SM
MD
LG