Accessibility links

5 nəfər xəsarət alıb

“Baku Steel Company” zavodunda iyunun 30-da partayış baş verib.

İlkin məlumatlara görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Öz növbəsində, qeyri-rəsmi mənbələrdən Amerikanın Səsinə bəlli olub ki, yaralılardan 4 nəfəri Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb. Onlardan biri artıq əməliyyat olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, baş verən hadisə ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1 maddəsi (Əmək mühafizəsi qaydalarını pozma - insan sağlamlığına ağır və ya az ağır zərər vurma) ilə cinayət işi başlanıb. Hazırda müvafiq istintaq hərəkətləri aparılır.

Öz növbəsində, “Baku Steel Company” zavodundan hadisənin səbəbləri ilə bağlı məlumat almaq mümkün olmayıb. Zavodun məsul əməkdaşı araşdırma başa çatdıqdan sonra rəsmi saytlarında məlumat yerləşdiriləcəyini bildirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən isə Amerikanın Səsinə bu quruma baş verən hadisə ilə bağlı hər hansı məlumatın daxil olmadığını bildiriblər.

Show comments

XS
SM
MD
LG