Accessibility links

Istanbulda Azərbaycan vətəndaşından 5,5 kiloqram zümrüd götürülüb


Çay kutusunda 1 milyon dolarlık zümrüt
Çay kutusunda 1 milyon dolarlık zümrüt

Zümrüdün təqribi qiyməti 1 milyon dollardır

İstanbulda ölkəyə qanunsuz yolla külli miqdarda qiymətli daşlar keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb.

Türkiyənin NTV-TV kanalı xəbər verir ki, qaçaqmalçılığa qarşı mübarizə şöbəsi İstanbulun Sabiha Gökçen hava limanında çay paketlərində 5,5 kq zümrüdü Türkiyə ərazisinə keçirməyə çalışan şəxsi saxlayıb. Azərbaycan vətəndaşı olan həmin şəxsin keçirmək istədiyi qiymətli daşların ümumi dəyəri isə təqribən 1 milyon dollar məbləğində olub.

Saxlanılan şəxsin qiymətli daşları qaçaqmalçılıq yolu ilə BƏƏ-dən gətirən mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal olunur.

Faktla bağlı istintaq başlanılıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG