Accessibility links

Fövqəladə Hallar Nazirliyi çimərliklərdə yoxlamalara başlayıb


Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək

Çimərlik mövsümü ilə əlaqədar çimərlik ərazilərində su nəqliyyatı vasitələrinin təhlükəsiz istismarına nəzarət qaydalarına əməl edilməsini təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin əməkdaşları tərəfindən mütəmadi olaraq əməliyyat tədbirləri həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, iyulun 27-də kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət qaydalarını kobud şəkildə pozduğuna görə Bakı şəhərinin Türkan və Sahil qəsəbələri istiqamətlərində keçirilən əməliyyat tədbirlərinin nəticəsi olaraq, 5 su nəqliyyatı vasitəsinin (hidrosikl) istismarına qadağa qoyulub, onlar müvəqqəti saxlanca götürülüb.

Qeyd olunan gəmi istifadəçiləri barəsində mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görüləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG