Accessibility links

Azərbaycan 3 pillə irəliləyib

Dünya İqtisadi Forumu (World Economic Forum) ölkələrin qlobal rəqabətlilik indeksini əks etdirən hesabatını açıqlayıb. Hesabatda 138 ölkənin rəqabət qabiliyyəti qiymətləndirilib.

Azərbaycan siyahıda 3 pillə irəli keçib – 37-ci yerdədir. Amma ötən il dəyərləndirmə 140 ölkə üzrə aparılmışdı və Azərbaycan 40-cı idi.

İqtisadiyyatın rəqabət qabiliyyətindən ötrü tələb olunan əsas göstəricilərinə görə Azərbaycan 49-cu yerdədir, yəni ötən ilə nisbətən 6 pillə geriləyib (43-cü idi).

Çünki institutların vəziyyətinə görə 48, infrastrukturun səviyyəsinə görə 55, makroiqtisadi mühitin inkişafına görə 39, səhiyyə və ibtidai təhsilin səviyyəsinə görə 75-ci yeri tutub.

Bu ilin hesabatında Rusiya 43, Türkiyə 55, Gürcüstan 59, İran 76, Ermənistan 79, Ukrayna 85-ci yeri tutub.

İlk üç yeri, ötən il olduğu kimi, İsveçrə, Sinqapur və Amerika Birləşmiş Ştatları tutur.

Niderland, Almaniya, İsveç, Böyük Britaniya, Yaponiya, Honkonq və Finlandiya da dünyanın 10 ən güclü rəqabət qabiliyyəti olan ölkələri sırasına daxildir. Sonuncu—138-ci yer Yəmənindir.

Forum vurğulayır ki, bu ilki rəqəmlər artım üçün maliyyə yardımının yetmədiyini, yardımla yanaşı, rəqabətliliyin artırılması naminə islahatlara ehtiyacı üzə çıxarıb. Əsas nəticələrdən biri odur ki, biznes təcrübəsinin yenilənməsi və innovasiyalara qoyulan sərmayə effektiv bazar, infrastruktur və təcrübə qədər vacibdir.

XS
SM
MD
LG