Accessibility links

800 min dolların Azərbaycandan çıxarılmasının qarşısı alınıb


Gömrük nəzarətindən gizlədilən 800 000 (səkkiz yüz min) ABŞ dolları aşkar edilərək götürülüb
Gömrük nəzarətindən gizlədilən 800 000 (səkkiz yüz min) ABŞ dolları aşkar edilərək götürülüb

Faktla bağlı araşdırma aparılır

Tovuz Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatına əsasən Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Qadir Muxtarovun idarə etdiyi "Mercedes E Class" markalı, 09 BM 808 dövlət nömrə nişanlı avtomobilə idarənin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin məlumatına görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən əvvəlcədən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 800 000 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

XS
SM
MD
LG