Accessibility links

Bakıda intensiv yağış, dağlarda qar yağıb [Videolar]


Yollarda böyük tıxaclar yaranıb

Oktyabrın 16-sı gündüzdən oktyabrın 17-si səhərədək Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağıb.

Paytaxt Bakıda intensiv yağışlar nəticəsində avtomobil yollarında axan sel suları böyük tıxaclara səbəb olub. Sel suları bəzi əksər yol və küçələrdə piyadaların yolları keçməsini mümkünsüz edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında 43 milli metrədək (norma 17-23 mm), Böyük Qafqazda 42 millimetrədək (norma 33-126 mm), Lənkəran-Astara zonasında 81 millimetrədək (norma 96-274 mm) yağış yağıb.

Böyük Qafqazın dağlıq və dağətəyi rayonlarında qar örtüyününü hündürlüyü, - Xınalıqda 18, Qonaqkənddə 11, Qırızda 7, Susay, Rük MM-da 6, Ləzədə 5, Nohurdüzündə 4, Xaltanda 3, Altıağacda 2, Sarıbaşda (Qax) 3 sm olub.

Sinoptiklərin məlumatına görə, yağıntılar 3 gün də davam edəcək.

XS
SM
MD
LG