Accessibility links

Doqquz ayda yol qəzalarında 571 nəfər ölüb


Avtomobil qəzası
Avtomobil qəzası

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb

Ötən ilin yanvar-sentyabr aylarında ölkə üzrə baş vermiş qəzalarda 571 nəfər ölüb. 1 555 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb.

Məlumatda deyilir ki, 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.

Bütün yol-nəqliyyat hadisələrinin 41 faizi nəqliyyat vasitələrinin və piyadaların, 21,6 faizi bir nəqliyyat vasitəsinin, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Qəzaların 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı baş verib.Hadisələrin 29 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

2016-cı il yanvar-sentyabr aylarında maşının sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, Nəticədə 45 nəfər zərər çəkib.

Bu dövrdə yol-hərəkəti qaydaları əleyhinə 2 milyon 231,6 min inzibati xəta aşkar edilib. Bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz çoxdur.

Xətaların 51,8 faizi yolda müəyyən edilən hərəkət sürəti həddinin aşılması, 10,7 faizi dayanma və ya durma qaydalarının pozulması, 4,5 faizi yol ayrıcını keçmə, 4,2 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi üzündən baş verib.

Qaydaların pozulmasına görə 61,3 milyon manat məbləğində cərimə tətbiq edilıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG