Accessibility links

Keçmiş müstəntiq Rüfət Səfərov 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb


Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)
Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

Bu barədə onun vəkili Bəhruz Bayramov bildirib

Zərdab rayon prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov yanvarın 6-da istintaq təcridxanasından hüquq-mühafizə orqanlarının keçmiş işçilərinin saxlanıldığı 9 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

Bu barədə onun vəkili Bəhruz Bayramov bildirib.

Onun sözlərinə görə, son günlər istintaq təcridxanasında Səfərovun yanına 25 ilini həbsxanalarda keçirən residivist yerləşdirilib, o, Rüfəti münaqişəyə təhrik etməyə çalışıb.

Vəkil qeyd edib ki, Penitensiar Xidmət rəhbərliyinə müraciətlərdən və bu məsələnin KİV-də geniş işıqlandırılmasından sonra Səfərov nəhayət cəzaçəkmə müəssisəsinə köçürülüb.

Rüfət Səfərov 2016-cı ilin sentyabrında rüşvət almaq ittihamı ilə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, buna qədər isə “davranış normalarını pozduğuna görə” prokurorluqdan xaric edilib. Dekabrın 22-də Apellyasiya Məhkəməsi Səfərov barəsində hökmü qüvvədə saxlayıb.

Onun atası, hakim partiyanın keçmiş fəalı, uzun müddət parlamentin üzvü, sonradan Müdafiə Nazirliyinin mətbuat katibi olan Eldar Sabiroğlu işdən çıxdıqdan sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi kəskin tənqid etməyə başlayıb, bundan sonra Rüfət Səfərovun da təqibi başlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG