Accessibility links

'Yanan bina işi' üzrə təqsirləndirilənlərə hökm oxunub [Video-arxiv]


Yanan bina
Yanan bina

Yanğında 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb

Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərə hökm oxunub.

Yanğında 14 nəfər həlak olub
please wait

No media source currently available

0:00 0:03:34 0:00

Məhkəmənin hökmü ilə "Qlobal Stone" və "Global Constuction" MMC-nin təsisçisi Miryusif Mahmudov 3 il rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, 8 il il azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilənlər - Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbov 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmə görə, A.Məmmədov və A.Əlibəyovun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla, onlara şərti cəza verilib.

2015-ci il mayın 19-da baş verən bina yanğını ilə əlaqədar məhkəmə önünə çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib.

Son sözünə yanğında dünyasını dəyişənlərin yaxınlarına başsağlığı verməklə başlayan Uğur Bəşirov ardınca iki ilə yaxın həbsdə olsa da, niyə tutulduğunu, hansı günahın yiyəsi olduğunu hələ də bilmədiyini deyib. Buna əsas olaraq, yanan bina üzlənən dövrdə həmin şirkətdə işləmədiyini bildirib.

Xatırladaq ki, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Bundan başqa, cinayət işinə "Dərnəgül Boru" Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG