Accessibility links

QHT rəhbəri 12 il azadlıqdan məhrum edilib


Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Ismayılovun sədrliyi ilə "Yeni Sabah" təşkilatının rəhbəri İlqar Əliyevə hökm oxunub.

O,ölkəyə gizli şəkildə kameralı qələm və eynək, həmçinin ekspertin rəyinə görə, 5-i soyuq silah hesab olunan 7 bıçaq gətirməkdə təqsirləndirilərək 12 il azadlıqdan məhrum edilib.

Bu barədə fevralın 2-də Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası hökm çıxarıb.

İlqar Əliyev Moskvadan Bakıya qayıdarkən hava limanında saxlanılıb. İş materiallarına görə, gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları onun baqajına rentgen aparatı vasitəsilə baxış keçirib və monitorda metal əşyaların təsvirləri əks olunduğundan təkrar yoxlama aparılıb.

Yoxlama zamanı yuxarıda qeyd olunan əşyalar götürülüb, protokollaşdırılıb.

İlqar Əliyev izahatında "Yeni Sabah" Qeyri-Hökumət Təşkilatının sədri olduğunu və həmin əşyaları Tailandın Pattaya şəhərində mağazadan aldığını bildirib.

QHT sədri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə), 192-ci (qanunsuz sahibkarlıq), 228.4-cü (qanunsuz silah saxlamaq) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub.

XS
SM
MD
LG