Accessibility links

'Quş qripi' monitorinqlərinə start verilib


'Quş qripi' monitorinqlərinə start verilib

Fevralın 13-də köçəri quşların yaz miqrasiyasının başlanmasını nəzərə alaraq növbəti monitorinq başlanıb

"Quş qripi"nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ölkə miqyasında yenidən monitorinqləri davam etdirdiklərini bildirir.

Açıqlamada qeyd edilir ki, fevralın 13-də köçəri quşların yaz miqrasiyasının başlanmasını nəzərə alaraq, növbəti monitorinqə start verilib.

Monitorinq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssislərinin iştirakı ilə birgə aparılır.

"Nəzarət tədbirinin köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Ağcabədi, Lənkəran, Salyan rayonlarındakı milli qoruqlarda və ölkənin dəniz sahili zonalarında həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək", məlumatda qeyd edilir.

Azərbaycanda 2006-cı ildə "quş qripi" həyəcanı yaşanıb. Həmin il ölkədə "quş qripi"nin rəsmən aşkarlandığı etiraf edilib və ölüm halları qeydə alınıb.

XS
SM
MD
LG