Accessibility links

Xəzər dənizin "Pirsaat daş silsiləsi" ərazisində neftçinin meyiti tapılıb


Fevralın 28 -də Xəzər dənizin "Pirsaat daş silsiləsi" ərazisində meyiti tapılan kişi neftçi olub.

Bu barədə martın 2-si "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar yaradılan Qərargah məlumat yayıb.

Məlumatda qeyd edilir ki, həmin şəxsin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qaz çıxarma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış, 42 yaşlı Qorxmaz Rüstəmovun olduğu rəsmən təsdiq edilib.

Mərhumun meyiti ailəsinə təhvil verilib.

Ötən il dekabrın 15-də Xəzər dənizində əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin Neft Yığım Məntəqəsində estakadanı dənizə uçurmuşdu. Estakada özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da dənizə salmışdı. Qəza nəticəsində 1 nəfər ölüb, 9 nəfər itkin düşmüşdü. İtkin düşənlərdən birinin meyiti fevral ayının əvvəllərində, biri isə ortalarında tapılmışdı. Qalan neftçilərdən hələ də xəbər yoxdur.

XS
SM
MD
LG