Accessibility links

Martın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. AMB-nin məlumatına görə, hərracda manatın orta məzənnəsi 1.7551 səviyyəsində formalaşıb.

Fevralın 28-də, bundan əvvəlki hərracda ABŞ dollarının məzənnəsi 1.7514 manat müəyyən olunmuşdu.

Bu il yanvarın 12-dən valyuta hərracı yeni formatda keçirilir. İndi qiymətləri bankların müəyyən etdiyi bildirilir. Prosesin dolların alışı üzrə ən yüksək qiymətdən aşağı qiymətə doğru təmin olunduğu qeyd edilir.

Son günlər manat dollara nisbətən dəyər qazanır. 1 dollar 1 manat 92 qəpikdən 1 manat 72 qəpiyə düşmüşdü. İqtisadçılar bunu müvəqqəti sayırdılar. Son hərraclarda yenidən dollar bahalaşır.

XS
SM
MD
LG