Accessibility links

Xırdalan şəhərində (Bakıdan 16 kilometr şimal) dəm qazından 5 nəfər boğularaq ölüb.

Abşeron rayon Polis Şöbəsinin məlumatına görə, mənzillərdən birində kirayədə yaşayan 4 tələbə qız və bir yaşlı qadın dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, ölkədə hər il dəm qazından onlarla insan zəhərlənərək ölür. Bir neçə ay öncə Bakının Yasamal rayonunda 5 nəfər Kamerunlu tələbə də dəm qazından zəhərlənərək ölüb.

XS
SM
MD
LG