Accessibility links

Birinci mikrorayon sökülür


Birinci mikrorayon
Birinci mikrorayon

1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərara əsasən, köhnə 5 və 9 mərtəbəli yaşayış binaları söküləcək, onların yerində yeni yaşayış binaları inşa ediləcək. Bu layihə pilotdur. Layihə özünü doğruldarsa, digər mikrorayonlarda yenidən qurtulacaq”.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov martın 15-də Bakının 1-ci mikrorayonun yenidən qurulması qərarı ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.

Onun bildirdiyinə görə, ilkin mərhələdə köhnə binalarda yaşayanların köçürülməsi planlaşdırılır. Yeni mənzillər hazır olanadək onlar kirayədə yerləşdiriləcəklər, onların kirayə xərcləri dövlət tərəfindən qarşılanacaq. Kirayə haqlarının ödənilməsi zamanı bazar qiymətləri əsas götürüləcək.

“Sakinlərə veriləcək yeni mənzillərin sahəsi köhnədəkindən 10 faiz artıq olacaq. Ola bilər ki, kimlərsə, yeni binalardan ev və obyekt istəməsinlər, belə olan halda onlara köhnə mənzillərini bazar qiymətinə satmaları üçün imkan yaradılacaq”, o, deyib.

Tikinti işləri ümumilikdə 29 hektar ərazini əhatə edəcək. E.Əsədov bildirib ki, hazırkı durumda həmin ərazidə 29 beşmərtəbəli, 4 doqquzmərtəbəli, 1 ədədsə 16 mərtəbəli bina var.

Ərazidə yeni inşa edilən 6 ədəd 10, 12 və 17 mərtəbəli yaşayış binaları da var. Həmin binalara toxunulmayacaq. Ancaq həmin binalar yeni yaşayış kompleksinə uyğun formada təmir ediləcək.

E.Əsədovun sözlərinə görə, yenidənqurmadan ümumilkdə 1729 ailə təsirlənəcək.

“Tikinti işləri 3 mərhələdə həyata keçiriləcək. 2017-ci ildə start veriləcək ilk mərhələdə bir və ya bir necə 5 mərtəbəli bina söküləcək, paralel olaraq yeni tikintinin hazırlıqları aparılacaq. İlkin mərhələdə sökülən binaların yerində 20 mərtəbəli binaların tikilməsi nəzərdə tutulur. Bunun ardınca inşa ediləcək binalar isə 30 və 35 mərtəbəli olacaq”.

E.Əsədov onu da qeyd edib ki, tikinti işlərini aparacaq şirkətlərin seçilməsi müsabiqə yolu ilə həyata keçiriləcək, qanunvericiliyə müvafiq olaraq tenderlər təşkil olunacaq.

Xatırladaq ki, Nazirlər Kabineti martın 10-da 1-ci mikrorayonun yenidən qurulması ilə bağlı qərar qəbul edib.

Qərar sözügedən mikrorayondakı “Xruşşovka”ların sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və təhlükəsizliyinin təmin edilməsi əsası ilə sökülməsini nəzərdə tutur.

Mikrorayondakı yenidənqurma işləri üzrə sifarişçi funksiyası Fövqəladə Hallar Nazirliyinə (FHN) həvalə edilib.

Qərara əsasən, FHN 15 günə müfəssəl plan, onun əsasında yerinə yetiriləcək işlərin texniki-iqtisadi əsaslandırmasını əks etdirən layihə hazırlamalıdır. Həmin sənəd dövlət şəhərsalma, əmlak məsələləri dövlət komitələri və Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmalıdır.

Aparılacaq tikinti işlərinə özəl şirkətlərin və kredit vəsaitlərinin cəlb edilməsi qərarda nəzərdə tutulur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG