Accessibility links

Azərbaycan xoşbəxtlik indeksində 85-cidir


Xoşbəxtlik sualı
Xoşbəxtlik sualı

Azərbaycan dünya boyu müəyyən edilən xoşbəxtlik indeksində 85-ci yerdə qərar tutur.

"Sustainable Development Solutions Network" (SDSN) şirkəti BMT -nin sorğusu əsasında hazırlanan "Dünya xoşbəxtlik hesabatı-2017"-ni dərc edib.

Siyahıda birincilik Norveçə məxsusdur.

Məqsədi "fərdlərin və millətlərin xoşbəxtlik əmsalının fundamentlərinə" diqqət yetirmək olan hesabat müəllifləri hər ölkədə 3,000-ə yaxın adamla sorğu keçiriblər.

Hesabat sorğusu 155 ölkəni əhatə. Hesabata əsasən ilk 10-luğu Avropa ölkələri tutur. Norveç, Danimarka, İslandiya ilk üçlükdə yer alır.

Sorğuda ABŞ 14-cü, Rusiya isə 49-cu yerdədir.

Yaxın Şərq və Afrika ölkələri son 10-luqda qərarlaşıblar.

Sorğuda 6 faktoru xoşbəxtlyin ölçülməsi üçün əsas meyar olaraq müəyyən edilibb. Bunlar sağlam ömür illəri, sosial dəstək, hökumətə etibar, azad seçim, və səxavətdir. Yuxarı 10 yeri tutan ölkələr bu kriteriyalarda ən yüksək balları toplayıblar.

Martın 20-sini BMT dünyada Beynəlxalq Xoşbəxtlik Günü kimi müəyyən edib.

happiness
happiness

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG