Accessibility links

Bakının mərkəzində yaşayış binasında yanğın olub


Hazırda yanğının qarşısının alındığı bildirilir

Bu gün, aprelin 10-u Bakının Yasamal rayonundakı yaşayış binalarının birində yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında bildirilir.

Məlumatda qeyd edilir ki, yanğın ikimərtəbəli yaşayış binasında baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğının qarşısının alındığı bildirilir.

Təbriz Xəlilbəyli küçəsi ilə S.Tağızadə küçəsinin kəsişməsində yerləşən yaşayış binasının ikinci mərtəbəsinin yandığı bildirilir. Hadisənin səbəbləri, dəyən ziyan araşdırılır. İnsan itkisi ilə bağlı məlumat verilmir

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG