Accessibility links

Fransada hazırki mühafizəkar prezident Nikola Sarkozini seçkilərdə məğlub edən sosialist lider Fransua Oland ölkənin yeni prezidenti seçilib.

Bu gün açıqlanan son nəticələr göstərir ki, dünən keçirilən səsvermədə seçicilərin 52 faizi cənab Olanda, 48 faizi isə cənab Sarkoziyə səs verib. Fransa mediası bildirib ki, Sarkozi səlahiyyətlərini may ayının 15-i təhvil verəcək.

Nəticə ölkə əhalisinin yüksək işsizlik səviyyəsi və dövlət xərclərinin ixtisarından narazılığını əks etdirib. Seçkilərdə məğlubiyyətə görə məsuliyyəti Nikola Sarkozi öz üzərinə götürüb.

Cənab Oland Fransada həyata keçirilən ixtisar orientasiyalı ölçülər əvəzinə stimullaşdırma siyasətinə üstünlük verir. O, son 20 ildə Fransa tarixində ilk solçu prezident olacaq.

Cənab Oland mötədil siyasətçi kimi tanınır. O, sosialistlərə məxsus ənənəvi vergi və xərcləmə proqramını tətbiq edəcəyinə söz verib.

ABŞ prezidenti Barak Obama cənab Olanda zəng edərək təbriklərini çatdırıb və onu Böyük Səkkizlik və NATO sammitlərindən öncə Ağ Evə dəvət edib.

XS
SM
MD
LG