Accessibility links

Sotbis hərracı dünyanın ən böyük brilyantını Nyu-York şəhərində nümayişə çıxarıb. Dünyanın ən qiymətli brilyantı satışa noyabr ayının 13-ü çıxarılacaq.

59.6 karat ölçüsü olan bu daşın 60 milyona satılacağı təxmin edilir. Pink Star adlı daş dünyada indiyədək aşkar edilən ən böyük daşdır.

Qeyri-adi çəhrayı rəngli bu daş 14 il əvvəl Afrikada aşkar edilib.

Sotbisin Avropa və Yaxın Şərq cəvahiratı şöbəsinin rəhbəri David Bennet daşı nadir tapıntı adlandırıb.
XS
SM
MD
LG