Accessibility links

1100 karatlıq brilyant Sotheby`s-də nümayiş etdirilib [Video]


Son 100 ildə ilk dəfə aşkar edilən ən böyük brilyant bu yaxınlarda Nyu-Yorkda ictimaiyyətə nümayiş etdirilib. Bu, 3 milyard yaşı olan tennis topu ölçüsündəki daş keçən il Afrikada tapılıb. Brilyant iyun ayının sonunda London hərracına çıxarılacaq. Daşın azı 70 milyon dollara satılacağı gözlənilir.

Çoxları üçün bu, gözəl kristaldır. Almaz üzrə ekspertlər üçün isə bu, əsrin tapıntısıdır. Bu nəhəng brilyant Nyu-Yorkun Sotheby`s hərrafına keçən həftə gətirildib. Botsvana şaxtasında aşkar edilən almaza botsvana dilndə “bizim işıq” adı verilib. Sotheby`s hərracının sədri David Bennet: “Bu, misilsiz gözəlliyə malik bir daşdır. Yəni inanılmazdır”

1100 karata yaxın olan bu brilyantın uzunluğu 6.5, eni 5.6, hündürlüyü isə 40 millimetrdir. “Buna baxın, bu qeyri-adi bir şeydir. Bunun ölçüsünə inanmaq belə çətindir” deyə, David Bennet bildirir.

Brilyant olduqca yüksək keyfiyyətə malikdir və çox şəffafdır. Bu, dünyada ən yüksək səviyyədə cilalanmış brilyant daşı ola bilər. “Bu daş inanılmaz dərəcədə gözəldir. Təsəvvür edin ki, bunu kəsdikdə nə qədər qeyri-adı daşlar alına bilər.”

Ölçüsünə gəldikdə isə bu, tapıntılar arasında ən böyük brilyant deyil. 1905-ci ildə Cənubi Afrikada “Bizim işıq”-dan üç dəfə böyük brilyant tapılıb. Həmin daş bir neçə hissəyə bölünüb. Bu daşlardan ən böyüyü Britaniya şahzadəsinin tacını bəzəyir.

XS
SM
MD
LG