Accessibility links

Şotland viskisi - iqtisadi Brexit [Video]


Şotland viskisi - İqtisadi Brexit
please wait

No media source currently available

0:00 0:02:39 0:00

Şotland viskisi - İqtisadi Brexit

Britaniyalılar Avropa İttifaqını tərk etməyə səs verdikdən sonra Şotlandiya ölkə ixracatının təhlükədə olması səbəbindən Birləşmiş Krallıqdan ayrılmaq istəyir. Məhsulların əsas hissəsini məşhur viskilər təşkil edir.

Avropa 28 ölkənin şəbəkəsidir. Bütün ölkələrin vergi sistemlərinin bir-birinə bağlı olması daşınmanı asanlaşdırır və daha az sənədləşdirməyə ehtiyac qalır.

Edrador şəhərinin mükəmməl viski hazırlamaq üçün bütün inqredientləri var: torflu dağlardan süzülüb gələn su, şotland sahələrindən toplanmış yüksək keyfiyyətli taxıl və uzun zamandır mövcud istehsal ənənəsi.

Şərab istehsalı zavodu olan Andryu Siminqton 6500-dən çox çəlləyin olduğu anbarda məstedici ətirləri seçməkdən və arabir məhsulu dadmaqdan həzz alır.

Siminqton Brexit nəticələrindən narahatdır. Onun istehsal etdiyi viskinin 60 faizi Avropaya ixrac olunur.

“Avropa 28 ölkənin şəbəkəsidir. Bütün ölkələrin vergi sistemlərinin bir-birinə bağlı olması daşınmanı asanlaşdırır və daha az sənədləşdirməyə ehtiyac qalır. Biz Avropa şəbəkəsinin bir hissəsi olmasaq, əlbəttə, hər şey dəyişəcək və bizə tariflər tətbiq olunacaq,” deyə Siminqton narahatlığını dilə gətirir.

Viskilərin tam forma alması adətən 8-10 il vaxt aparır.
Viskilərin tam forma alması adətən 8-10 il vaxt aparır.

Avropa İttifaqını tərk etmək qərarı çətinliklər yaradıb. Siminqton zavodu böyütmək və ehtiyacı qarşılamaq üçün 6.5 mln dollar investisiya qoymaq istəyir. Hələlik Brexitin qeyri-müəyyənliyi ilə bağlı qorxular satışın gözlənilməz artımına səbəb olub.

İldə 6.6 milyard dollar gəlir gətirən viski sənayesi gəmiqayırma və polad sənayesini qabaqlayaraq, Şotlandiyanın ən böyük üçüncü sənayesinə çevrilib.

Viski Şotlandiyanın ən böyük ixrac məhsullarından biri, Avropa isə ən yaxşı müştərilərdən biridir. Vahid bazarı itirməyin viski sənayesinə və Şotlandiya iqtisadiyyatına böyük mənfi təsiri ola bilər.

Belə narahatlıqlar Şotlandiyanın birinci nazirini Birləşmiş Krallıqdan ayrılmaq çağırışı etməyə vadar edib.

Mən birlik tərəfdarıyam. İngiltərədən ayrılmaq gözlənilməyən problemlər üzə çıxaracaq.

“Mən birlik tərəfdarıyam. İngiltərədən ayrılmaq gözlənilməyən problemləri üzə çıxaracaq. Mən Aİ tərkibində qalmaq istərdim, amma biz əgər Ai-nin tərkibində deyiliksə, ən azından Birləşmiş Krallıqda bir olmalıyıq,” deyə Siminqtən bildirir.

Əsrlər əvvəl Edrador ətrafındakı qədim təpələr Şotlandiyanın müstəqilliyi uğrunda qanlı döyüşlərin şahidi olub.

İngilis orduları buraları çoxdandır tərk edib. Amma belə görünür, problem öz həllini tapmayıb. Belə ki, Şotlandiyanın gələcəyi uğrunda mübarizə yenidən alovlanır.

XS
SM
MD
LG