Accessibility links

Opra Vinfri yaratdığı məktəbin ilk məzunlarını alqışlayır

  • Amerikanın səsi

Opra Vinfri yaratdığı məktəbin ilk məzunlarını alqışlayır

Opra Vinfri yaratdığı məktəbin ilk məzunlarını alqışlayır

Media maqnat Opra Vinfrinin Cənubi Afrikada imkansız qızlar üçün təsis etdiyi akademiyanın ilk buraxılış sinfi məktəbi bitirib.

Amerikada məşhur tele-şou aparıcısı 11-12 yaşlı qızlar üçün məktəbi beş il bundan əvvəl təsis etmişdi.

Cənubi Afrika paytaxtı Yohannesburq yaxınlığında yerləşən məktəb 600 nəfərlik teatr və kitabxana da daxil olmaqla 28 binadan ibarət tələbə şəhərciyi şəklindədir. Məktəbin sinif otaqlarının hamısında kompyuter var.

Məktəbi bitirən 72 qız Opra Vinfrinin 40 milyard dollar investisiya qoyduğu layihənin ilk finalçılarıdır.

1994-cü ildə Cənubi Afrikada aparteidin sona çatdığı il anadan olan qızlar məktəbi bitirdikdən sonra dünyanın ən tanınmış universitetlərində təhsil alacaq.

XS
SM
MD
LG