Accessibility links

Bir qrup Cənubi Koreya şərq limanından Yaponiyanın iddialı olduğu, mübahisəli silsilə adalara doğru 230 km məsafəni qət etməyə start verib.

Müğənni Kim Canq-hun 40 universitet tələbəsi ilə bərabər bu gün Ulicin limanından yola düşüb. Qrup yaponların "Takeşima" adlandırdığı Dokdo adalarına çərşənbə günü günorta saatlarında çatmağı planlaşdırır.

Məskunlaşmamış vulkan səhra adaları on illərdir iki ölkə arasında ixtilaf mənbəyinə çevrilib. Qarşıdurma ötən həftə Cənubi Koreya prezidenti Li Myunq-bak adaya vertolyotla səfər etdikdən sonra yenidən qızışıb. Rəsmi Tokyo mübahisəni Beynəlxalq Arbitraj Məhkəməsinə çıxaracağını deyib.
XS
SM
MD
LG