Accessibility links

Cənubi Koreya Boinq şirkəti ilə hərbi müqaviləni təxirə salır


Cənubi Koreya ABŞ-ın Boing şirkətindən 7.7 milyard dollar dəyərində 60 döyüş təyyarəsinin alınmasına dair müqavilənin yekunlaşdırılması prosesini təxirə salıb.

Cənubi Koreya rəsmiləri deyib ki, satış variantlarını bir daha nəzərdən keçirmək üçün yenidən tenderlərdə iştirak edəcək.

Cənubi Koreyanın Müdafiə Nazirliyinin sözçüsü Kim Min Seok müxbirlərə deyib ki, nazirlik yeni döyüş təyyarələrinin alınması prosesini davam etdirəcək.

Bu arada, nümayişçilər yeni təyyarələrinin alınmasını lazımsız xərc olduğunu deyərək, müdafiə nazirliyinin qarşısında mitinq keçirib.

Cənubi Koreya rəsmilərinin qərarını elan etməsi döyüş təyyarələrinin alınmasına dair müqavilənin yekunlaşdırılması prosesinin təxminən bir il gecikdirilməsinə səbəb ola bilər.

Boinq, ABŞ-da qərargahlanmış Lokheed Martin və Avropa Konsorsium şirkətləri arasında Boeing Cənubi Koreyanın hərbi büdcəsinə uyğun qiymət təklif edən yeganə şirkətdir .

Cənubi Koreya hərbiçiləri Boing istehsalı olan F-15 döyüş təyyarələrinin hərbi əməliyyat tələblərinə uyğun olmadığından ehtiyat etdiklərini deyib.
XS
SM
MD
LG