Accessibility links

Cənubi Koreyanın xilsasetmə dəstələri üç il əvvəl ölkənin cənub-qərb sahilində suya qərq olan sərnişin bərəsini çıxarmağa başlayıb. Hadisə nəticəsində 300-dən çox sərnişin həyatını itirmişdi.

Əməliyyat çərşənbə gün gecə saatlarında başlayıb. İşçilər 40 metr dərinlikdə yan üstə batan və 6 min metrik-ton daşıma qabiliyyəti olan Sewol bərəsini qaldırmağa başlayıb.

Səhərə yaxın bərənin sağ tərəfi suyun üzünə qaldırılıb.

Təxminən 13 metr suyun üzərinə qaldırıldıqdan sonra bərə limana aparılacaq. Orada işçilər bərəni təmizləyəcək və yerdə qalan doqquz cəsədin axtarışlarını davam etdirəcək.

2014-cü il aprelin 16-ı həlak olan olanların əksəriyyəti məktəb şagirdləri idi.

Hadisə qurbanlarının ailə üzvləri faciəni təhqiq etmək üçün xüsusi komitənin yaradılmasını tələb edib.

XS
SM
MD
LG