Accessibility links

ABŞ Cənubi Sudan Respublikasını rəsmən tanıyıb (YENİLƏNİB)

  • Amerikanın səsi

ABŞ Cənubi Sudan Respublikasını rəsmən tanıyıb (YENİLƏNİB)

ABŞ Cənubi Sudan Respublikasını rəsmən tanıyıb (YENİLƏNİB)

ABŞ rəsmən Cənubi Sudan Respublikasını tanıyıb. Prezident Barak Obamanın bu gün açıqladığı bəyanatda o, diplomatik səviyyədə gənc dövlətin tanınmasını iftixar hissi ilə qarşıladığını bildirib.Cənab Obamanın sözlərinə görə Cənubi Sudanın müstəqilliyi elan etməsi göstərir ki, müharibədən sonra yeni sabahın işığını görmək mümkündür.

ABŞ prezidenti Cənubi Sudan xalqı ilə tərəfdaşlıq münasibətlərinin qurulacağına söz verib. Cənab Obama şimal və cənubu 2005-ci ildə müharibəyə son qoymuş sülh razılığının şərtlərinə əməl etməyə və neftlə zəngin Abyel regionu ilə bağlı razılaşmanın əldə edilməsi üçün müzakirələr aparmağa çağırıb.

ABŞ Dövlət katibi Hillari Klinton da Cənubi Sudan xalqını müstəqillik münasibəti ilə təbrik edərək, bunun yeni başlanğıc olduğunu deyib.

.

XS
SM
MD
LG