Accessibility links

Nyut Gingriç dünən Respublikaçıların Cənubi Karolinadakı praymerizində qələbə çalıb

  • Amerikanın səsi

Nyut Gingriç dünən Respublikaçıların Cənubi Karolinadakı praymerizində qələbə çalıb

Nyut Gingriç dünən Respublikaçıların Cənubi Karolinadakı praymerizində qələbə çalıb

Bir həftə bundan öncə keçirilən rəy sorğuları Mitt Romninin asanlıqla qələbə çalacağını göstərirdi. Lakin ötən həftə ərzində rəqiblərindən kəskin hücumlara məruz qaldıqdan və debatlardan sonra Romni ilə başqa iddialılar arasındakı fərq azalıb.

Dünən Cənubi Karolina ştatında Respublikaçılar Partiyasının prezidentliyə namizədini müəyyənləşdirmək üçün keçirilən praymerizdə Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingriç səslərin təqribən 40 faizini alaraq qələbə çalıb Onun ən güclü rəqibi sabiq Massaçusets qubernatoru Mitt Romni isə səslərin 28 fazini alaraq ikinci yeri tutub.

Yarışda Texas konqresmeni Ron Pol və sabiq Pennsivlania senatoru Rik Santorum da iştirak edirdilər. Dünən Cənubi Karolinada keçirilən respublikaçıların praymerizində ilkin nəticələr Rik Santorumun üçüncü Ron Polun isə dördüncü yerdə olduğunu göstərib. Səsvermədən əvvəl, son günlərdə keçirilən rəy sorğularında Gingriçə dəstəyin artması nəzərə çarpırdı.

İndiyə qədər ən güclü namized imicini qoruyub saxlamağa çalışan Mitt Romni Cənubi Karolina praymerizinin nəticəsinin önəmini, aşağı göstərməyə çalışmaqla yarışın bərabər getdiyini deyib.

Həqiqətən də bir həftə əvvələ qədər Mitt Romninin Cənubi Karolinada asanlıqla qələbə çalacağı gözlənilirdi. Onun Gingriçə məğlub olmasında namizədin biznes fəaliyyətləri haqqında son günlərdə yayımlanan mənfi reklamların rol oynadığı irəli sürülür. Bir həftə bundan öncə keçirilən rəy sorğuları Mitt Romninin asanlıqla qələbə çalacağını göstərirdi. Lakin ötən həftə ərzində rəqiblərindən kəskin hücumlara məruz qaldıqdan və debatlardan sonra Romni ilə başqa iddialılar arasındakı fərq azalıb.

Texas qubernatoru Rik Perrinin yarışdan çıxmasının da praymerizdə Gingriçin xeyrinə olduğu irəli sürülür.

XS
SM
MD
LG