Accessibility links

Sovet qüvvələrinin Əfqanıstandan çıxarılmasından 25 il keçir [Video]


Bu il ABŞ qüvvələrinin o ölkəni tərk etməsi 1989-cu ildə Sovet işğalınından alınan dərslərə diqqətləri cəlb edir.

2014-cü il ABŞ qüvvələrinin Amerika tarixində ən uzun müharibə olan Əfqanıstan müharibəsindən çəkildiyi il olacaq. Lakin bu ölkə hələ də ağır durumdadır. 25 il əvvəl Sovet ordusunun o ölkəyə hərbi müdaxiləsi vaxtında olduğu kimi. Brukinqs İnstitutundan Maykl Ohanlon qüvvələrin çıxarılması arasında parallel gətirilməsinin doğru olmadığını deyir. "Müharibəyə necə cəlb edildiyimiz və ya neçə döyüşdüyümüz arasında parallel gətirilə bilməz. Amerika koalisiya qüvvələri tərkibində, tədrici şəkildə qüvvələrini azaldaraq o ölkəni tərk edir. Lakin Sovet ordusu məğlub olduğunu elan edərək, Əfqanıstanı tərk etmişdi."

Əfqanıstanı o vaxtdan bəri vətəndaş müharibəsi sarsıdıb. Bu gün bu ölkə 26 illə müqayisədə daha yaxşı vəziyyətdədir. Bu, Amerikanın sahibkarlar İnstitutunun əməkdaşı Əhməd Məcidyarın fikridir. "İlk dəfədir ki, Əfqanıstanda hökumət seçilir. Sovet dövründə onlar Kreml tərəfindən təyin edilirdi. İkinci böyük fərq ondadır ki, 1980-ci illərdə Mücahidinlərin hücumları ilə müqayisədə hücumların sayı azalıb. İndi bəlkə 20-25 min fəal Taliban döyüşçüsü var. Bu rəqəm əvvələr 100 min idi."


“Sovet qüvvələrinin Əfqanıstandan çıxması dünyaya dərs oldu”- deyə Maykl Ohanlon bildirir. "İlk dərsi Amerika aldı. Çünki Sovet qüvvələri məğlub edildi. 1990-cı illərdən sonra Amerika Əfqanıstana əhəmiyyət verməyərək ölkədə təriqətlərarası zorakılıqlar, anarxiyanın çiçəklənməsinə, Talibanın qalxmasına yol acib.”


Məcidyar isə deyir ki, nə qədər ki, Əfqanıstan hökumətinə dəstək barədə beynəlxalq öhdəliklər qüvvədədir, əfqan xalqı siyasi quruculuq üçün vəhdətə gəlməlidir . "Talibanın Kabili ələ keçirmək niyyəti yoxdur. Əsl təhlükə Talibandan gəlmir. Təhlükə əfqan təsisatlarının nə dərəcədə davamalı olacağındadır."

Bəzi ekspertlər isə Sovet qüvvələri ilə ABŞ qüvvələrinin Əfqanıstanı tərk etməsində heç bir oxşarlıq görmür. Onlar deyir kİ, beynəlxalq ictimaiyyət Əfqanıstanı terrorçulara sığınacaq olmasına onsuz da yol verməyəcək.
XS
SM
MD
LG