Accessibility links

Rusiyalı fəallar Sovet dövrünə aid avanqard arxitekturanı qorumağa çalışır [Video]


Rusiyalı fəallar Sovet dövrünə aid avanqard arxitekturanı qorumağa çalışır
please wait

No media source currently available

0:00 0:01:51 0:00

Rusiyalı fəallar Sovet dövrünə aid avanqard arxitekturanı qorumağa çalışır

25 il öncə Sovet İttifaqı dağılandan bəri Rusiyanın paytaxtı kəskin bir şəkildə dəyişib, çünki ivestisiya və inkişaf bir sıra tikintilərə yol açıb və bir çox tarixi bina yararsız hala düşüb ya da sökülüb. Lakin Moskvanın stalinka göydələnləri şəhərin ikonik tikililəri olaraq qorunsa da, fəallar deyir ki, bir zamanlar qlobal nüfuza malik Sovet İttifaqının 1920-ci illərə aid avanqard arxitekturası yox olmaq riski altındadır.

Moskvada tur qrupu Qırmızı Meydandakı Kremli və Vasili Vlajennı kilsəsinin əvəzinə Rusiya paytaxtının daha az tanınan binalarını ziyarət edirlər.

Aydındır ki, imperiya stili ümumi trend və ovqata uyğun gəlir. Bundan əlavə bu, klassik gözəllik anlayışına da uyğundur: sütunlar, dəbdəbə ilə bəzədilmiş fasadlar. Ancaq müasirlik burada əhalinin böyük hissəsi tərəfindən qəbul edilməyib.

“Məncə Rus Konstruktivizmi, rus avanqardı Rusiya arxitekturasının ən parlaq fenomenidir. Çox insan stalinka stilini xatırlasa da, avanqard stilini unudur.”

İkinci Dünya Müharibəsindən sonra inşa edilən “Yeddi Bacı” adlanan Moskvanın stalinka binaları ikonikdir və yaxşı qorunur.

Müqayisədə isə Rusiyanın 1920-ci illərə aid avanqard arxitekturası o zamanlar müasir, beynəlxaq sayılan stilə olan qlobal təsirə baxmayaraq, davamlılıq üçün mübarizə aparıb.

“Aydındır ki, imperiya stili ümumi trend və ovqata uyğun gəlir. Bundan əlavə bu, klassik gözəllik anlayışına da uyğundur: sütunlar, dəbdəbə ilə bəzədilmiş fasadlar. Ancaq müasirlik burada əhalinin böyük hissəsi tərəfindən qəbul edilməyib.”

Fəallar deyir ki, burada binaların qorunmasından çox ticari maraqlara üstünlük verilir.

Tərk edilmiş Sovet Zil Avtomobil Zavodunun avanqard binalarını lüks bir kompleksə çevirmək layihəsi bu ikisi arasında bir balans yaradır.

Əgər sökülən binalara nəzər salsaq, onların çox maraqlı və heç bir statusları olmadıqları aydın görünür.

İctimaiyyətlə dialoqa ehtiyac olsa da, şəhər rəsmiləri qorunma işlərini inkişaf etdiriblər və etirazlar artıb.

“Əgər sökülən binalara nəzər salsaq, onların çox maraqlı və heç bir statusları olmadıqları aydın görünür,” deyə Moskvanın baş memarı Sergey Kuznetsov bildirir.

Amma hətta Sovet dövrünə aid avanqard stili sevməyənlər də, bu stilin şəhərin digər irsləri kimi qorunmasını istədiklərini deyir.

Bu arada isə Moskva piyadalar üçün daha rahat olmaq üçün yenidən dizayn edilmək məqsədilə ultra-müasir arxitekturanı eksperiment edir.

XS
SM
MD
LG