Accessibility links

Sovet İttifaqı haqda Amerika filmləri (video)

  • Amerikanın səsi

Sovet İttifaqı haqda Amerika filmləri (video)

Sovet İttifaqı haqda Amerika filmləri (video)

Amerikada Sovet İttifaqı dövrü Rusiya haqda bir neçə film çəkilib. Bunlardan biri Deyvid Linin çəkdiyi “Doktor Jivaqo” filmidir. Film Yuri Jivaqo ilə kommunist liderin həyat yoldaşı Lara arasında böyük məhəbbət hekayəsi haqdadır. Burada həm də Rusiyada kommunizmin acı mənzərəsi göstərilir. Corc Vaşinqton Universitetində kinoşünas Piter Rolberq.

Piter Rolberq: “Soyuq müharibə dövründə maraqlı süjetli filmlərin çəkilməsinə imkan verən bir gərginlik mövcud idi.”

“Mançuriyalı namizəd” (“The Manchurian Candidate”) kimi bəzi filmlərdə kommunizmin Amerika üçün yaratdığı hədələrdən bəhs edilirdi.

Filmdə müharibə qəhrəmanı Raymond Şavın kommunistlər tərəfindən əla alınaraq, ABŞ prezidentini qətlə yetirmək üçün təlimatlandırıldığı göstərilir.

Rolberq deyir ki, o zaman bu film amerikalılara xəbərdarlıq məqsədi daşıyırdı.

Stanley Kubrikin “Dr. Strangelove” filmi 1964-cü ildə Kuba raket böhranından iki il sonra ekranlara çıxıb. Amerika Hava Qüvvələrinin zehni xəstə generalı heç bir əsası olmadan Sovet İttifaqına qarşı nüvə hücumu həyata keçirmək əmri verir. Siyasi satira janrında çəkilmiş bu film ölkə boyu nüvə terrorunun dəhşətini əks etdirir.

Sovet İttifaqı haqda Amerika filmləri (video)

Sovet İttifaqı haqda Amerika filmləri (video)

1966-ci ildə çəkilmiş “Ruslar Gəlir” “The Russians Are Coming" adlı filmdə sovetlər ətrafında panika gülüş hədəfi kimi seçilib.

Ceyms Bond (“The James Bond”) silsilə filmlər Hollivudda casuslar haqda film çəkilişlərinə yenilik gətirdi. Britaniyanın yenilməz casusu, agent 007 əslində şən playboydur . Onun düşməni isə qorxusuz ölüm maşınıdır.

Sovet İttifaqı haqda Amerika filmləri (video)

Sovet İttifaqı haqda Amerika filmləri (video)

1970-ci illərdə çəkilmiş filmlərdə Sovet İttifaqına münasibətdə barışıq mövqe müşahidə olunur. 1975-ci ildə Amerika və Sovet kino şirkətləri tərəfindən fantastika janrında Elizabet Teylorun baş rolda çəkildiyi “Mavi Quş” (“The Blue Bird”) filmi istehsal edildi.Lakin 1979-cu ildə Sovet İttifaqının Əfqanıstana müdaxiləsi və bundan sonra Ronald Reyqanın Birləşmiş Ştatlarda prezident seçilməsi bu tendensiyaya son qoydu.

Silvestr Stallonenin baş rolda çəkildiyi “Roki-4” filmində anti-sovet ritorikası yenidən ekranlara gətirildi. Kino tənqidçilərinin fikrincə, soyuq müharibə dövrünün filmləri Amerika tamaşaçısının özü kimi çoxcəhətli və müxtəlif xarakterə malikdir.

XS
SM
MD
LG