Accessibility links

“Sovetski” məhəlləsinin sakinləri etiraz edir [Video]


Sakinlər kompensasiyanın artırılaraq 1 kv.m üçün 4000-5000 manat tələb edirlər

Fevralın 16-da 173 saylı orta məktəbin qarşısına toplaşan Bakının «Sovetski» adlanan ərazisində yaşayan sakinlər evlərinin sökülməsiylə bağlı onlara veriləcək kompensasiyaya etiraz ediblər.

Amerikanın Səsinin verdiyi məlumata görə, sakinlər evlərinin sökülməsinə və bunun qarşılığında onlara hər kvadratmetrə görə 1500 manat verilməsindən narazıdır.

Sakinlər əsas tələbi dövlət sifarişi ilə söküləcək evlərinə görə təklif olunan kompensasiyanın artırılaraq 1 kv.m üçün 4000- 5000 manat tələb edirlər.

Etirazçılar «Sovetski» şüarları səsləndiriblər.

Məktəbin qarşısına toplaşan sakinlər əllərində Azərbaycan bayraqları və prezident İlham Əliyevin şəkillərini tutub.

Bununla belə “Sovetski” adlanan məhəllənin sakinləri dövlətçilik əleyhinə çıxmadıqlarını əsas gətirərək, narazılıqların məmur özbaşınalığı ilə bağlı olduğunu qeyd ediblər.

Çoxlu sayda polis nümayişi kənardan müşahidə edib.

Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov aksiya iştirakçıları qarşısında çıxış edərək, onların tələblərinin nəzərə alınacağını vəd etdikdən sonra ərazidən uzaqlaşıb.

Bunun qarşılığında əhali hakimiyyət təmsilçilərinə gələn həftənin 5 -ci gününədək vaxt veriblər.

Sakinlər yolu bağlayacaqlarını da vurğulayıblar.
XS
SM
MD
LG