Accessibility links

"Sovetski"ni polis nəzarətə götürüb [Yenilənib] [Video]


Sovetski sakinləri etiraz edir
Sovetski sakinləri etiraz edir

Sakinlər evlərinin sökülməsinə və hər kvadratmetr üçün verilən kompensasiyanın azlığına etiraz edir

Bakının "Sovetski" adlanan məhlləsini nəzarətə götürən polis insanlardan yol kənarında durmamaqlarını tələb edib.

Saxlanılmaqdan ehtiyat edən sakinlər öz etirazlarını ara məhəllələrdə bildiriblər.

Polis məhəlləyə girmək istəsə də, sakinlər buna imkan verməyib.

Sakinlər tutulanların dərhal azad olunmasını istəyir.Yerli mətbuat bir nəfərin saxlandığını yazır.

Polis isə saxlanılan şəxsin aksiya ilə əlaqəsi olmadığını bildirib. (Video MeydanTV-yə məxsusdur)

--------------------------------------

Martın 9-da Bakının Sovetski ərazisində yaşayan sakinlərin etiraz aksiyasının 173 saylı orta məktəbin qarşısında keçiriləcəyi gözlənilir.

Sakinlər bildiriblər ki, aksiya etmələrinə səbəb evlərinin sökülməsi və hər kvadratmetr üçün verilən kompensasiyanın azlığıdır.

Lakin əraziyə cəlb olunmuş çoxsaylı polis əməkdaşları sakinlərin məktəbin həyətinə toplaşmasına imkan verməyiblər.

Ərazi polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

Həbsdə olan məhəllə sakinlərindən hazırda bir neçə nəfər 15 və 30 sutkalıq həbsdədir

Sonuncu dəfə "Sovetski" sakinləri martın 3-də etiraz aksiyası keçirib.

Azərbaycan Maliyyə Nazirliyi "Sovetski" adlanan məhəllədə nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib.

Açıqlamaya görə son məbləğ evlərinin hər kvadratmetri üçün 1500 manatdır.

Yerli medianın yazdığına görə ərazidə on minədək ev söküləcək.
XS
SM
MD
LG