Accessibility links

Avqustun 4-də president İlham Əliyev keçmiş Sovetski küçəsi ərazisində Milli Dram Teatrının arxasında tikiləcək yeni yol-nəqliyyat infrastrukturunun təməlini atıb.

"Azəravtoyol" sədri Saleh Məmmədov bildirib ki, abadlıq işləri 26 hektar ərazidə aparılır.

Bu zaman 23 hektar ərazidə yaşıllaşdırma işləri aparılacaq, 3 hektar ərazini isə yeni yollar tutacaq.

Sovetski tikilir

Sovetski tikilir

Sözügedən ərazidə 3827 yaşayış və qeyri-yaşayış binası sökülüb. Şəhərin mərkəzini Nərimanov prospektinə (keçmiş Sovetski küç.) birləşdirəcək iki yeni geniş yol çəkiləcək. Bəzi digər küçələr də genişləndiriləcək və abadlaşdırılacaq.

2 kilometrlik Nərimanov prospekti özü də abadlaşdırılacaq və 7 metrdən 17,5 metrə qədər genişləndiriləcək.

Show comments

XS
SM
MD
LG