Accessibility links

Sovet İttifaqının süqutu

  • Amerikanın səsi

Sovet İttifaqının süqutu

Sovet İttifaqının süqutu

Sovet İttifaqının dağılmasında sonuncu sovet lideri Mixail Qorbaçovun islahatları böyük rol oynayıb

Dekabrın 25-də Sovet İttifaqının süqutunun 20-ci ildönümü tamam olur. Sovet İttifaqının dağılmasında sonuncu sovet lideri Mixail Qorbaçovun islahatları böyük rol oynamışdır.

Mixail Qorbaçov 1985-ci ildə Sovet İttifaqının lideri olmuşdur. 54 yaşlı Qorbaçov o zaman hakimiyyətdə olan siyasi büronun ən gənc üzvü idi.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Brent Skoukroftun sözlərinə görə, Qorbaçovun gəlişi sistemə bir dəyişiklik gətirdi.

Növbəti altı il ərzində cənab Qorbaçov Sovet İttifaqını əsaslı şəkildə dəyişəcək islahatlar keçirdi.

ABŞ-ın Moskvadakı keçmiş səfiri Tomas Pikerinq. “O, Rusiyanın hara getdiyini təhlil etdi və özü o yolla getmədi, əksinə ölkəni başqa istiqamətə apardı”-deyə o bildirir.

Cənab Qorbaçovun islahatları cəmiyyətin bütün təbəqələrini əhatə etdi. Buraya mətbuata qoyulmuş məhduiyyətlərin aradan qaldırılması, siyasi məhbusların və dissidentlərin azad edilməsi daxil idi.

ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Brent Skoukroft: “O, demokrat deyildi, lakin o, sistemdən daha effektiv istifadə etməyə, zorakılıq və əsarətə son qoymağa çalışırdı.”

Lakin buna baxmayaraq, cənab Qorbaçov Kommunist partiyasında islahatlar keçirə bilmədi və patiya daxilində, habelə hərbi qüvvələr və dövlət təhlükəsliyi komitəsinin rəhbərliyində sərt xətt tərəfdarları 1991-ci ildə avqust ayında Qorbaçov hakimiyyətinə qarşı dövlət çevrilişi həyata keçirməyə cəhd etdi.

Çevriliş baş tutmadı. General Skoukroft:”Bu, çox bacarıqsız bir şəkildə həyata keçirilmiş bir çevriliş idi və diqqətlə planlaşdırılmamışdı.”

Səfir Pikerinq bununla razılaşır. “Bu, müflis olmuş bir rəhbərlik idi. Müəyyən mənada canına araq hopmuş, qoca və düşünməyə qadir olmayan bir rəhbərlik idi” -deyə o bildirir.

Sovet İttifaqının süqutu dövlət çevrilişi cəhdinin baş tutmamasından dörd ay sonra baş verdi. General Skoukroft deyir ki, bu, Boris Yeltsinə Qorbaçovu üstələməyə imkan verdi. “Qorbaçovu necə kənarlaşdırmaq olardı? Sovet İttifaqını ondan almaqla. Sovet İttifaqının, belə deyək, texniki olaraq sonu Qorbaçovun işi olmadığına görə baş verdi” -deyə o bildirir.

Ekspertlərin çoxu deyir ki, Qorbaçov qüvvələri özünün nəzarət edə bilməyəcəyi bir şəklə saldı və o qüvvələr Mixail Qorbaçovun 1991-ci ildə dekabrın 25-də sovet prezidenti kimi vəzifəsindən getməsinə gətirib çıxardı.

XS
SM
MD
LG