Accessibility links

31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür. Azərbaycanın sabiq prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il fərmanı ilə 31 mart soyqırım günü kimi qeyd edilir.

Bu gün ölkənin elmi mərkəzlərində, kitabxanalarında, ali məktəblərində, xaricdəki diplomatik nümayəndəliklərində soyqırımla bağlı tədbirlər keçirilir. Soyqırım qurbanlarının kütləvi dəfn olunduğu məzarlıqlar ziyarət edilir, məscidlərdə qurbanların ruhuna dualar oxunur.

1918-ci ilivə martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, o cümlədən Cənubi Azərbaycanda (İran) və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Soyqırım nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib.

Tarixi məlumatlara görə, 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda 30 mindən çox azərbaycanlını qətlə yetirilib, 10 minlərlə insan öz torpaqlarından qovulub. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub. lrəvan azərbaycanlılarının o zaman ermənicə nəşr edilən "Aşxadavor" (Əməkçi) qəzetinin 2 noyabr 1919-cu il tarixli nömrəsində dərc edilən müraciətində deyilir ki, azərbaycanlıların bu tarixi şəhərində və onun ətrafında qısa zaman ərzində azərbaycanlıların yaşadığı 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər öldürülüb.

Əhalinin təhlükəsizliyi yalnız sentyabrın 15-də Türk İslam Ordusunun Bakını azad etməsindən sonra bərpa edilib.

Tarixçi Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, 1918-ci ilin mart-aprel hadisələri Azərbaycan xalqının faciəvi tarixinin səhifələrindən yalnız biridir.

“XX əsr ərzində 2 milyona yaxın azərbaycanlı soyqırımın qurbanı olub və deportasiyaya məruz qalıb. Azərbaycanlıların tarixi ərazilərindən çıxarılması prosesi hələ XIX əsrdə Azərbaycanın Rusiya tərəfindən işğal edilməsindən sonra başlayıb. Deportasiya siyasəti sovet hakimiyyəti illərində də davam edib. Belə ki, 1948-53-cü illərdə SSRİ rəhbərliyinin qərarı ilə yüz minlərlə azərbaycanlı Ermənistandan çıxarılıb. Etnik təmizləmələrin yeni dövrü XX əsrin 80-ci illərinin sonlarına təsadüf edir. Həmin vaxt erməni təcavüzü nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib və yaralanıb, yüz minlərlə azərbaycanlı isə qaçqına çevrilib”, o qeyd edib.

XS
SM
MD
LG