Accessibility links

“Ümid və azadlığın səsi” - soyuq müharibə dövrünün radiosu


“Ümid və azadlığın səsi” - soyuq müharibə dövrünün sularda radiosu
please wait

No media source currently available

0:00 0:03:59 0:00

1952-ci ildə soyuq müharibənin ən qızğın dövrü ABŞ sahil mühafizə xidmətinin gəmisi Amerikanın Səsi radiostansiyasının yayım platforması funksiyasını yerinə yetirməyə başladı. Bu missiya dəmir pərdə arxasında sovet təbliğatına qarşı müxtəlif dillərdə informasiya göndərməkdən ibarət idi.

Soyuq müharibə dövrü kommunist təbliğatına qarşı mübarizə məqsədilə Birləşmiş Ştatlar hökuməti sahil mühafizə xidmətinin gəmisindən dəniz radioötürücüsü kimi istifadə edilməsi haqda qərar verdi.

Bu gəmidən xəbərlər, musiqi proqramları və dəmir pərdə arxasında insanlara ümid göndərilirdi.

1952-ci ildə prezident Harri Trumenin qərarı ilə bu missiyanın tapşırıldığı gəmi soyuq müharibə dövründə ABŞ-ın kommunikasiyas sistemində böyük rol oynayırdı. ”Vegabond əməliyyatı” kodu ilə missiyaya göndərilən sularda radio Amerikanın Səsi və Sahil Mühafizə Xidməti arasında unikal əməkdaşlığa nümunə idi.

1958-ci ildən 1961-ci ilə qədər gəmidə çalışan leytenant Riçard Haldi: “Gəminin əsas missiyası Amerikanın Səsinin məlumatlarını Yaxın Şərq ölkələri və Sovet İttifaqının cənub respublikalarına çatdırmaq idi.”

Birləşmiş Ştatlar dəmir pərdə arxasına informasiyanın ötürülməsini istədiyi qədər, Sovet İttifaqı da bu tranmissiyanın qarşısını almağa çalışırdı.

Bob Mariott 1952-ci ildə gəminin ekipaj üzvləri arasında idi. Onun işlədiyi rele otağında hər proqram üçün üç müxtəlif tezliklərin siyahısı var idi. O, radioda işlədiyi illəri xatırlayır: “Siyahı böyük idi, çünki ruslar dalğaları vururdu. İnanın, əvvəlcə təmiz siqnal gəlirdi, sonra birdən başlayırdı üyüdən maşın kimi xırıldamağa. Buna görə dəı başqa tezliyə keçməli olurduq. Ruslarla təkbətək qalmışdıq. Biz onları heç vaxt görməmişdik və görmək də istəmirdik. Hər axşam radio dalğalarda siçan pişik oyunu gedirdi.”

Gəmidən həftənin yeddi günü13 dildə proqramlar yayımlanırdı. Bu, ənənəvi ötürücülərdən üç dəfə güclü olan 150 kilovattlıq siqnal sayəsində mümkün idi.

Bu il 1964-cü ildə sularda radiostansiyanın missiyasının başa çatmasının 50 ili tamam olur. Bu münasibətlə Konnektukut ştatının Nyu London şəhərində Sahil Mühafizə Xidməti muzeyində sərgi açılıb.

Muzeyin kuratoru Cennifer Qaudio sərgiyə “Ümid və azadlığın səsi” adını verib. Bu ad dəmir pərdə arxasında dinləyicilərdən birinin kiçik kağız üzərində göndərdiyi yazıdan götürülüb.

Cennifer Qaudio: “Amerikanın Səsi insanlara ümid vedib həqiqəti çatdırırdı, gəmisindəki stansiya isə insanların həyatını xilas edirdi. Bu, soyuq müharibə dövrü xəritədə qeydə alınmayan sularda unikal bir təcrübə idi.”

Amerikanın Səsinin 12 ildə yayımı zamanı dinləyicilərə caz ustası Çarli Parker, Rok n’Roll dünyasının kralı Elvis Presli və başqa musiqiçilərin ifasında musiqi təqdim edilirdi. Bu mədəni mübadilə vasitəsilə dəmir pərdə arxasında olan insanlar ruhlandırılırdı.

Riçard Haldi: “Bu mühüm bir missiyasının bir hissəsi olduğunu biləndə qürur hissi keçirirsiniz. Biz soyuq müharibə dövrü bir güllə atmadan böyük iş görürdük.”

“Ümid və azadlığın səsi” sərgisi Amerikanın bütün ştatlarında nümayiş etdiriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG