Accessibility links

"Soyuz" Yer kürəsinə qayıdır


Soyuz fəza gəmisi göyərtəsində üç astronavtla Beynəlxalq Fəza Stansiyasından ayrılaraq Yer kürəsinə istiqamət alıb.

Terri Virts, Samanta Kristoferetti və Anton Şkaplerov cümə axşamı günü Yer kürəsinə geri dönmək üçün orbiti tərk edib.

Soyuz fəza gəmisinə nəzarəti kapitanı Şkaplerov edir.

Stansiyadan ayrılaraq sürətlənmək üçün ilk təkan verildikdən sonra ikinci təkan orbitdən çıxmaq üçün veriləcək.

Ekipajın Qazaxıstanın Cezkazqan şəhərinin cənubuna enməsi gözlənir.

Virts, Kristoforetti və Şkaplerovun 43-ce ekspedisiyası başa çatıb. 44-cü ekspedisiyanın ekipaj üzvü Rusiya Dövlət Fəza agentliyindən kapitan Qennadi Padalka, NASA-dan Skot Kelli və Roskosmosdan Mixail Kornienko stansiyada qalaraq tədqiqatları davam etdirəcək.

Gələn ay əlavə üç astronavtın onlara qoşulması gözlənir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG